“Bakı” da 1/8 finala adladı
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunları keçirilir. İdman.com.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Bakı” səfərdə “Apollon” klubu ilə görüşüb. Bir həftə öncə paytaxtda Kipr təmsilçisini “quru” hesabla məyus edən “zolaqlılar”, rəqib meydanında da üstün tərəf olub – 3:0.
Qeyd edək ki, bu gün eyni yarışda mübarizəyə qoşulmuş “Lokomotiv” komandası evdə Xorvatiya “ZOK Split”inə göz açmağa imkan verməyib – 3:0.

22:00. “Apollon” (Kipr) – “Bakı” (Azərbaycan) – 0:3 (15:25, 17:25, 13:25)
Hakimlər: Nenad Davidoviç (Serbiya), Lyubomir Sirakov (Bolqarıstan)

İlk oyun: “Bakı” (Azərbaycan) – “Apollon” (Kipr) - 3:0 (25:20, 25:19, 25:13)

Xəbər 949 dəfə oxundu.