“London-2012”-nin bürünc medalçısı Xetaq Qazyumov finala vəsiqə qazanıb [YENİLƏNİB]
“London-2012”-nin bürünc medalçısı Xetaq Qazyumov yarımfinalda rusiyalı dünya çempionu və ikiqat Avropa çempionu Abdusalam Qadisovu məğlub edərək edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimiz gürcüstanlı Elzibar Odikadze ilə qarşılaşacaq.

13:12

Olimpiya çempionu Toğrul Əsgərov dörddəbir final mərhələsində fransalı Maksim Fiquet ilə qarşılaşıb. Görüş Azərbaycan güləşçisinin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yarımfinalda Toğrul Əsgərovun rəqibi Azamat Nurikau (Belarus) – Borislav Novaçkov (Bolqarıstan) qarşılaşmasının qalibi olacaq.

13:07

“London-2012”-nin bürünc medalçısı Xetaq Qazyumov dörddəbir final mərhələsində Belarus təmsilçisi İbrahim Saidau ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Xetaq Qazyumov yarımfinalda rusiyalı Abdusalam Qadisov ilə üz-üzə gələcək.

12:42

Azərbaycan çempionu Yaşar Əliyev ilk görüşdəfransalı Zoheir El Ouarraqe​ni məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə onun rəqibi Ermənistan güləşçisi Qarik Barseqyan olub. Güləşçimiz rəqibini 10:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Onun növbəti rəqibi Viktor Lebedev (Rusiya) - Sezer Akgül (Türkiyə) qarşılaşmasının qalibi olacaq.

12:02

Avropa çempionatının gümüş mükafatçısı Cəbrayıl Həsənov macarıstanlı Mixali Nagiyə böyük üstünlüklə qalib gələrək adını dörddəbir finalçıların siyahısına yazdırıb. Güləşçimizin növbəti rəqibi türkiyəli Soner Demirtaş olacaq.

11:41

Olimpiya çempionu Toğrul​ Əsgərov moldovalı Mixail Savanı böyük hesabla (10:0) məğlub edib. Beləliklə idmançımız dörddəbir finala yüksəlib və bu mərhələdə fransalı Maksim Fiquet ilə qarşılaşacaq.

11:34

Daha bir güləşçimiz ilk görüşündə qələbə qazanıb. “London-2012”-nin bürünc medalçısı Xetaq Qazyumov (97 kq) Polşa güləşçisi Radoslav Baranı məğlub edərək səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib. Onun bu mərhələdə rəqibi Avropa çempionatının bürünc mükafatçısı, Moldova idmançısı Nikolay Çaban olacaq.

10:53

“London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov ilk görüşünü qələbə ilə başa vuraraq səkkizdəbir finala yüksəlib. Rusiya idmançısı İlyas Bekbulatovu məğlub edən güləşçimiz növbəti mərhələdə moldovalı Mixail Sava ilə qarşılaşacaq.

10:19

İyunun 17-də "Bakı-2015" birinci Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Güləş yarışlarının beşinci günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxırlar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Yaşar Əliyev (57 kq) fransalı Zoheir El Ouarraqe, “London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov (65 kq) Rusiya idmançısı İlyas Bekbulatov, Cəbrayıl Həsənov (74 kq) macarıstanlı Mixali Nagi, Xetaq Qazyumov (97 kq) isə Polşa güləşçisi Radoslav Baran ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar. Qadın güləşçilərin mübarizəsində isə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Xəbər 976 dəfə oxundu.