"Kəpəz" "Qarabağ"ın futbolçusunu icarəyə götürdü
"Qarabağ" daha bir futbolçusunu "Kəpəz"ə icarəyə verib. Müdafiəçi Şəhriyar Əliyev 2015/2016 mövsümünün sonuna kimi Gəncə klubunda çıxış edəcək. 23 yaşlı futbolçu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Ş.Əliyev 2014-cü ilin yayında "Bakı"dan "Qarabağ"a transfer olunub.

Xəbər 729 dəfə oxundu.