Birinci Avropa Oyunlarında boks üzrə yarışlar davam edir
İyunun 17-də “Baku Cristal Hall”da kişilər arasında boks yarışının ikinci günü başlayıb.

Günün birinci yarısında otuzikidəbir final mərhələsində 69 və 81 kiloqram çəki dərəcələrində ümumilikdə 10 görüş keçiriləcək. Rinqə Latviya, İspaniya, Polşa, Ukrayna, Rumıniya, Gürcüstan, İrlandiya, Albaniya, İsveçrə, Yunanıstan, Bosniya və Hersoqovina, Belarus, Fransa, Macarıstan, Bolqarıstan və Slovakiya idmançıları çıxacaqlar.

Boks yarışlarının ikinci günündə də Azərbaycan idmançıları rinqə çıxmayacaqlar.

Xəbər 849 dəfə oxundu.