Sərbəst güləşçimiz Toğrul Əsgərov ikinci qələbəsini qazanaraq dörddəbir finala adlayıb [YENİLƏNİB]
Olimpiya çempionu Toğrul​ Əsgərov moldovalı Mixail Savanı böyük hesabla (10:0) məğlub edib. Beləliklə idmançımız dörddəbir finala yüksəlib və bu mərhələdə fransalı Maksim Fiquet ilə qarşılaşacaq.

11:34

Daha bir güləşçimiz ilk görüşündə qələbə qazanıb. “London-2012”-nin bürünc medalçısı Xetaq Qazyumov (97 kq) Polşa güləşçisi Radoslav Baranı məğlub edərək səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib. Onun bu mərhələdə rəqibi Avropa çempionatının bürünc mükafatçısı, Moldova idmançısı Nikolay Çaban olacaq.

10:53

“London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov ilk görüşünü qələbə ilə başa vuraraq səkkizdəbir finala yüksəlib. Rusiya idmançısı İlyas Bekbulatovu məğlub edən güləşçimiz növbəti mərhələdə moldovalı Mixail Sava ilə qarşılaşacaq.

10:19

İyunun 17-də "Bakı-2015" birinci Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Güləş yarışlarının beşinci günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxırlar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Yaşar Əliyev (57 kq) fransalı Zoheir El Ouarraqe, “London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov (65 kq) Rusiya idmançısı İlyas Bekbulatov, Cəbrayıl Həsənov (74 kq) macarıstanlı Mixali Nagi, Xetaq Qazyumov (97 kq) isə Polşa güləşçisi Radoslav Baran ilə üz-üzə gələcək.


Xəbər 751 dəfə oxundu.