«Baku Fires» - «Istanbul Bosphorus»: heyətlər məlumdur
Yanvarın 21-də saat 20:00-da “Sərhədçi” Olimpiya-İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turun matçında Azərbaycanın «Baku Fires» və Türkiyənin Istanbul Bosphorus komandaları qarşılaşacaqlar. İdman.com.az saytının mətumatına görə, artıq heyətlər məlumdur.

«Baku Alovları»nın bu heyətində yanvarın 16-da bağlanmış «transfer pəncərəsi» zamanı komandanı gücləndirmiş yeni boksçu yoxdur. Son anda Azərbaycan komandası daha 4 idmançını heyətinə qatıb: Oraz Avzalşoyev (61 kq, Tacikistan), Osman Əliyev (73 kq, Azərbaycan), Serqey Lapin (73 kq, Ukrayna) və Rəcəb Əliyev (85 kq, Azərbaycan).

Bu həftə komandamızın yer aldığı «B» qrupunda daha iki görüş baş tutacaq. Yanvarın 20-də «Paris United» (Fransa) «Mexico City Guerreros» (Meksika) klubunu qəbul edəcək, yanvarın 21-də isə «Leipzig Leopards» (Almaniya) «Beijing Dragons»-u (Çin) qonaq edəcək.

«Baku Fires» - «Istanbul Bosphorus»

54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sakal (Türkiyə)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Erol Ozkal (Türkiyə)
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Caner Sayak (Türkiyə)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna)


Turnir cədvəli:
1.«Baku Fires» – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)
2.«Leipzig Leopards» – 10, 15-15 (6)
3.«Mexico City Guerreros» – 10, 16-13 (6)
4.«Istanbul Bosphorus» – 8, 14-16 (6)
5.«Paris United» – 7, 9-15 (5)
6.«Beijing Dragons» – 3, 5-20 (5)

Xəbər 1134 dəfə oxundu.