“Bakı-2015” brendi artıq Avropanın idman markasına çevrilib
“Bakı-2015” brendi artıq Avropanın idman markasına çevrilib.

Bu fikir Rusiyanın “sports.ru” portalında yayılan məqalədə yer alıb.

Məqalədə deyilir ki, Bakının köhnə qitənin tarixində ilk dəfə keçirilən Oyunlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ictimaiyyətinin və kommersiya dairələrinin yarışlara marağı daha da artıb. Nəinki Avropada, bütün dünyada 120-dən artıq ölkədə canlı yayımlanan bu innovativ multi-idman turnirinin kommersiya uğurları da az deyil. Yarışlara bilet satışında da heç bir problem yoxdur. Oyunların bağlanış mərasiminə artıq demək olar ki, bütün biletlər satılıb.

Avropa Oyunlarının rəsmi mağazalarında “Bakı-2015” məhsullarına, xüsusilə Oyunların rəmzlərinə və müxtəlif aksessuarlara böyük maraq var. Mağazalardan birinin satış menecerinin sözlərinə görə, ən çox satılan isə Azərbaycan bayrağıdır.

Xəbər 714 dəfə oxundu.