Birinci Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsi davam edir
Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının yarımfinala yüksəlib. Türkiyəli Merve Kengerin ardınca macarıstanlı Mersedes Denesi məğlub edən Anjela Doroqan növbəti mərhələdə moldovalı Nataliya Budu ilə qarşılaşacaq.

11:48

Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşıb. Rəqibini məğlub edən güləşçimiz yarımfinalda macarıstanlı Emese Barka ilə üz-üzə gələcək.


11:11

Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının dörddəbir final mərhələsinə yüksəlib. Türkiyəli Merve Kengerə qalib gələn güləşçimizin növbəti rəqibi macarıstanlı Mersedes Denes olacaq.

10:32

Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşacaq.

10:09

İyunun 16-da "Bakı-2015" birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəni davam etdirirlər.

Güləş yarışlarının dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Anjela Doroqan (53 kq) türkiyəli Merve Kenger, İrina Netreba (58 kq) İtaliya təmsilçisi Karola Rainero, Elmira Qəmbərova (63 kq) Henna Johansson (İsveç), Gözəl Zutova (75 kq) Ukrayna güləşçisi Oksana Vaşçuk ilə qarşılaşacaq.

Xəbər 854 dəfə oxundu.