Dmitri Nazarov "Neftçi"yə keçməkdən imtina edib
Yığmamızın milliləşdirilmiş futbolçusu Dmitri Nazarovun “Neftçi”nin maraq dairəsində olması haqda məlumat vermişdik. Hətta klubun idman direktoru Vəli Qasımov da bu məqsədlə Almaniyaya yollanmış və Nazarovla şəxsən görüşmüşdü. Lakin qazaxıstanlı futbolçu “Neftçi”yə keçməkdən imtina edib.

Buna səbəb klubun strategiyasını dəyişməsi və iddiasını azaldaraq daha çox gənclərə üstünlük verməsidir. Bundan başqa, klubun büdcəsinin azaldılması da Dmitrinin seçiminə təsir edib.

Xəbər 804 dəfə oxundu.