"Bolqarıstanın şahmat yayı 2015" beynəlxalq festival davam edir
Bolqarıstanın Golden Sands şəhərində keçirilən “Bolqarıstanın şahmat yayı 2015” beynəlxalq şahmat festivalı davam edir. Ölkəmizi festivalın A turnirində Vasif Durarbəyli, Zaur Məmmədov, Nərmin Məmmədova,Orxan Abdulov və Nərmin Xələfova təmsil edirlər.

4 turdan sonra həmyerlilərimizdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. Durarbəyli 4-cü turda Çin təmsilçisi Çen Linlə qarşılaşmadan qalib ayrılıb. Zaur Məmmədov isə Rusiya şahçmatçısı Yevgeni Romanovun müqavimətini qıra bilməyib. Bu turda təmsilçilərimiz bir-birinə qarşı oynayıb. Beləki, 4-cü turda Orxan Abdulov və Nərmin Məmmədova üz-üzə gəliblər. Qarşılaşma Orxan Abdulovun xeyrinə başa çatıb. Nərmin Xələfova isə Serbiyalı Nikola Nestoroviçlə sülh bağlayıb.

Beləliklə, 4 turdan sonra Vasif Durarbəyli aktivinə 3 xal yazaraq ilk onluqda qərarlaşıb.Zaur Məmmədov 2 xal toplayaraq 17-ci yerdədir. Nərmin Xələfova 2 xal, Orxan Abdulov 1 .5 xal və Nərmin Məmmədova isə 1 xal toplayıb.

Xəbər 734 dəfə oxundu.