Qılıncoynadanlarımız ciddi sınaq qarşısında
Qılıncoynatma üzrə yığma komandanın üzvü Yuliya Nelyubova İtaliyanın Ravenna şəhərində təlim-məşq toplanışındadır. Şpaqaçımız fevralın 9-na qədər bu şəhərdə hazırlığını davam etdirəcək. Yuliya Ravennada təlim-məşqlə yanaşı, 287 qılıncoynadanın iştirakı ilə keçirilmiş çempionatda da qüvvəsini sınayıb və nəticədə 20-ci olub.

Məlumat üçün bildirək ki, təlim-məşq toplanışından sonra təmsilçimiz Qətərdə qadınlar arasında keçiriləcək Dünya kubokuna qatılacaq.
Sablya üzrə qadınlardan ibarət yığma komandamız isə yanvarın 25-dən fevralın 9-na qədər Sankt-Peterburqda təlim-məşq toplanışı keçəcəklər. Sablyaçılarımız fevralın 11-12-də Fransanın Orlean şəhərində keçiriləcək Dünya kuboku, Qran-pri yarışlarında şəxsi yarışlarda, fevralın 12-də isə Avropa kuboku yarışında «Neftçi» klubu adından komanda yarışlarında iştirak edəcəklər.

Xəbər 1676 dəfə oxundu.