Birinci Avropa Oyunlarına start verildi Azərbaycanın sinxron üzgüçüləri birinci Avropa Oyunlarında 19 rəqibə qarşı mübarizə aparacaq
Möhtəşəm idman tədbiri bütün qitə üçün böyük əhəmiyyət daşıyan “Bakı-2015” birinci Avropa Oyunlarına iyunun 12-də start verilib. Hazırda bütün dünyanın diqqəti Azərbaycana yönəlib.

Bir sıra nüfuzlu telekanallar və saytlar “Bakı-2015” ilk Avropa Oyunlarını canlı yayımlayacaq. Qızıl medallara iddialı olan Avropanın ən güclü idmançıları bir araya gəliblər.

Birinci Avropa Oyunlarının ilk günündə Bakı Su İdmanı Sarayında sinxron üzgüçülük üzrə cütlük və komanda yarışları təşkil olunacaq.

Cütlüklərin yarışında Azərbaycanı Tatyana Nikitina və Yekaterina Valiulina təmsil edəcək. Cütlüyümüz 19 ölkədən olan rəqiblərinə qarşı mübarizə aparacaqlar.

Komanda yarışında isə 14 ölkə təsnifat mərhələsində mübarizə aparacaq.

Hər iki növ üzrə yarışın final mərhələsi iyunun 15-də təşkil olunacaq.

Xəbər 762 dəfə oxundu.