Şəhər sakinləri arasında basketbol və boks yarışları keçirilib
Birinci Avropa Oyunları ilə əlaqədar Bakının mərkəzində - Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı altında mövbəti maraqlı aksiya keçirilib.

Aksiya çərçivəsində gənc idmançılar şəhər sakinləri arasında yarış təşkil ediblər. Basketbolçular və boksçular idmanın bu növünə maraq göstərən sakinlərə öz güclərini sınamaq imkanı yaradıblar.

Aksiya şəhər sakinlərinin böyük marağına səbəb olub. Yüzlərlə şəxs aksiyaya qoşularaq idmançılarla birgə birinci Avropa Oyunlarına dəstəklərini ifadə ediblər.

Paytaxtın sakinlərinin və qonaqlarının iştirakı ilə keçirilən yarışın qalibləri “Bakı-2015” birinci Avropa Oyunlarının basketbol və boks yarışlarına biletlər qazanıblar.

Xəbər 947 dəfə oxundu.