Zaur Məmmədov Bolqarıstanda keçirilən beynəlxalq turnirdə liderlər sırasındadır
İyunun 08-də Bolqarıstanın Golden Sands şəhərində “Bolqarıstanın şahmat yayı 2015” beynəlxalq şahmat festivalı start götürüb. Festival A və B turnirlərindən ibarətdir.Yarışda ümumilikdə 31 ölkədən 138 şahmatşçı iştirak edir. A turnirində 18 qrossmeyster daxil olmaqla 75 zəka sahibi öz qüvvələrini sınayırlar.Ölkəmizi Vasif Durarbəyli, Zaur Məmmədov, Nərmin Məmmədova, Orxan Abdulov və Nərmin Xələfova təmsil edirlər.

İlk turda Zaur Məmmədov Rusiya təmsilçisi Aleksey Zaxarov üzərində qələbədən sonra, 2-ci turda da Almaniyalı Xiristian Beyeri məğlub edib. Vasif Durarbəyli isə 1-ci turda rəqibi ilə xalları yarı bölsədə, 2-ci turda qələbə qazanmağa müvəffəq olub. Bu turda qələbə qazanan digər həmyerlimiz Nərmin Məmmədova olub.

Beləliklə, 2 turdan sonra Zaur Məmmədov aktivinə 2 xal yazaraq liderlər sırasındadır.Vasif Durarbəyli 1.5 xalla 11-26-cı yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 19-cu pillədə qərarlaşıb.Nərmin Məmmədova 1 xal, Orxan Abdulov və Nərmin Xələfova isə 0.5 xal toplayıblar.

Xəbər 754 dəfə oxundu.