"Qəbələ" Türkiyədə ilk məşqə çıxdı

"Qəbələ" 2015/2016 mövsümünün hazırlıqlarının birinci mərhələsinə start verib. "Qırmızı-qaralar” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışına başlayıb. Roman Qriqorçukun komandası hazırlığın ilk günündə əsasən topsuz çalışmalara üstünlük verib.

Məşqdə milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov iştirak etməyib. Komandadan ayrı hazırlıq keçən Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib.

Xəbər 729 dəfə oxundu.