Azərbaycan şahmatçısı “Voronej-2015” Beynəlxalq festivalında iştirak edir
Bu gün Fişer şahmatı üzrə turnirlə Alyoxin Memorialı -“Voronej-2015” adlı 19-cu Beynəlxalq şahmat festivalı açılır. Turnirdə 56 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir.

Turnirin start siyahısında Azərbaycan şahmatçısı Elmar Qasımov da vardır. Onun rəqibləri Rusiya, Ukrayna və Ermənistan nümayəndələri olacaqlar.

Beynəlxalq festival İsveçrə sistemi üzrə 7 turda keçiriləcək.

Xəbər 635 dəfə oxundu.