İtaliyalı cüdoçu Elio Verde: “Qarşıma çıxan istənilən rəqibi məğlub etmək əzmindəyəm”
İtaliya “Bakı-2015”-də cüdo idman növü üzrə yarışlarda ən güclü idmançılar ilə təmsil olunacaq. Komandanın üzvlərindən biri medallara iddialı 28 yaşlı Elio Verde ölkəsini layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib.

O deyib: “Mübarizə aparacağım çəki dərəcəsində güclü rəqiblərlə qarşılaşacağım artıq məlumdur. Buna baxmayaraq, heç bir zaman mübarizədən çəkinmirəm. Qarşıma çıxan istənilən rəqibi məğlub etmək əzmindəyəm. Gərgin keçəcək yarışlarda birinci olmaq üçün əlimdən gələni edəcəyəm. Diqqətimi ancaq tatamidən qalib ayrılmağa kökləmişəm. Əminəm ki, bunu bacaracam”.

AZƏRTAC

Xəbər 794 dəfə oxundu.