“Lokomotiv” rəqibini asanlıqla mübarizədən kənarlaşdırdı
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunları keçirilir. İdman.com.az saytının məlumatına görə, ölkəmizi sözü gedən mübarizədə təmsil edən “Lokomotiv” doğma divarlarda Xorvatiyanın “ZOK Split” klubunu qəbul edib. Səfərdə rəqibinə şans verməyən Draqutin Baltiçin rəhbərlik etdiyi komanda, evdə də üstün oyun nümayiş etdirib – 3:0.
Xatırladaq ki, sözü gedən turnirdə son qalib adını Bakının “Azərreyl” klubu qazanıb.


18:00. “Lokomotiv” (Azərbaycan) – “ZOK Split” (Xorvatiya) – 3:0 (25:15, 25:10, 25:18)
Hakimlər: Benone Visan (Belçika), Aleksandr Ryabtsov (Rusiya)

İlk oyun: “ZOK Split” (Xorvatiya) – “Lokomotiv” (Azərbaycan) - 0:3 (18:25, 21:25, 15:25)

Xəbər 975 dəfə oxundu.