Oyunlara 2 gün qaldı Azərbaycanın ulduz idmançısı Elmar Qasımovun məqsədi Bakı 2015-də doğma divarlar arasında qələbə qazanmaqdır
Azərbaycanın cüdo üzrə dünya ikincisi Elmar Qasımov Bakı 2015-də doğma divarlar arasında qızıl medala sahib olma planları üçün diqqət və xüsusi məşqlərin əsas amil olduğunu açıqlayıb.

Çəki kateqoriyası üzrə dünya reytinqində ikinci sırada yer alan cənab Qasımov Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahiblənib. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında cənab Qasımov qızıl medal qazanıb.

Bakı 2015 Avropa Oyunlarının veb-saytı üçün hazırlanmış video-çarxda cənab Qasımov bildirib: “Diqqəti qələbəyə yönəltmək və xüsusi məşqlər qızıl medala sahib olmaq üçün əsasdır .”

Cənab Qasımov 2014-cü ildə Avropa Çempionatında ikinci yerdə qərarlaşıb. Yarışlar zamanı diqqətini toplaması uğur üçün əsas olduğunu bildirib: “Tatamiyə çıxarkən, ancaq rəqibimi düşünürəm, başqa heç nə."

“Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram.”

Cənab Qasımov 16 ildir ki, cüdo ilə məşğuldur və ölkə divarları arasında ilk Avropa Oyunları çempionu olmaq üçün mübarizədə çox həyəcanlıdır: “Bakıda keçiriləcək ilk Avropa Oyunları çox ilhamvericidir.”

“Qələbə mənim həvəsimdir.”

Tam videoya bu keçiddə baxa bilərsiniz http://www.baku2015.com/video/index.html.

Cüdo yarışları iyun ayının 25-dən başlayaraq dörd gün ərzində Heydər Əliyev adına İdman Mərkəzində keçiriləcək. 18 medal yarışlarından ibarət olacaq boks yarışında Avropadan 416 kişi və qadın idmançılar iştirak edəcəklər.

Biletləri Bakıda rahat yerdə yerləşən 12 satış mərkəzindən, məsələn; Park Bulvar, 28 Mall və Metro Parkdan və ya www.baku2015.com/tickets veb-saytından onlayn əldə edə bilərsiniz.

Xəbər 838 dəfə oxundu.