Real David De Xeanı transfer etdi
Madrid Realı David De Xeanın transferini başa çatdırıb. Bu barədə İspaniya mətbuatı məlumat verib.

24 yaşlı qapıçı ilə artıq müqavilə imzalanıb. Real Mançester Yunaytedə 18 milyon funt sterlinq ödəyəcək. Bundan başqa madridlilər qapıçının çıxışından asılı olaraq qarşı tərəfə daha 3,5 milyon da ödəyə bilərlər.

Transferin sabah elan ediləcəyi gözlənilir.

Xəbər 790 dəfə oxundu.