Rasim Ramaldanov "Xəzər-Lənkəran"da qaldı
"Xəzər Lənkəran" müdafiəçisi Rasim Ramaldanovla müqaviləni yeniləyib. Bu barədə klubun rəsmi saytı yazıb. Mənbədə bildirilir ki, Cənub təmsilçisi Ramaldanovla müqavilənin müddətini daha 2 il uzadıb.

Qeyd edək ki, 2013-cü ilin yayında "ağ-yaşıllar"ın sıralarına qoşulan 29 yaşlı arxa xətt oyunçusu bu günə qədər "Xəzər Lənkəran" formasında 54 oyunda meydana çıxıb və 2 qol vurub.

Xəbər 801 dəfə oxundu.