Güləşçilərimiz müraciət etdi: "Bizi və Avropa Oyunlarını dəstəkləyin!"
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

“Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.

Yarışlara qısa müddət qalmış Avropa Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilər azarkeşlərə müraciət edib. "Bizi və Avropa Oyunlarını dəstəkləyin!"

Xəbər 920 dəfə oxundu.