"Qarabağ"ın və millimizin üzvü "Trabzonspor"un hədəfində
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. "Habertürk" qəzetinin yaydığı xəbərə görə, Türkiyə superliqa təmsiçisi "Trabzonspor" millimizin üzvünü transfer etmək istəyir.

Bildirilir ki, "Qarabağ" 2018-ci ildə müqaviləsi başa çatacaq B.Hüseynov üçün Trabzon təmsilçisindən 1 milyon avro təzminat istəyib. Hal-hazırda tərəflər arasında danışıqların davam etdiyi vurğulanıb

Xəbər 869 dəfə oxundu.