Fənərbağçanın yeni baş məşqçisi məlum oldu
Son türkiyə çempionatında qızıl medalı Qalatasaraya verən Fənərbağça klubunun rəhbərliyi yeni baş məşqçini kimliyini müəyyənləşdirib.

Portuqaliyanın məşhur qəzeti A Bola Fənərbağçanın Vitor Pereira ilə prinsipial olaraq razılıq əldə etdiyini yazıb.

46 yaşlı Pereira karyerasında 3 klubu çalışdırıb və onlardan 2-si ilə çempion olub.
2011-2013 illərdə Portoda çalışan Pereira, 2013-2014-də Səudiyyə Ərəbistanının Al Ahli Jeddahın baş məşqçisi olub.

Son olaraq Pereira Yunanıstanın Olympiakos komandasının baş məşqçisi idi.

VITOR PEREIRA KİMDİR?
Doğum tarixi: 1968
Ölkəsi: Portuqaliya
Nəticələri: %58.5 qələbə, %24.4 bərabərlik, %17.1 məğlubiyyət
Titulları: Porto (2 Portuqaliya liqa çempionluğu , 2 Portuqaliya Süperkuboku), Olympiakos (1 Yunanıstan çempionluğu , 1 Yunanıstan Kuboku)

Xəbər 689 dəfə oxundu.