Belarusun “tvr.by” portalı birinci Avropa Oyunlarının əhəmiyyətindən bəhs edib
Belarusun “tvr.by” informasiya portalında “Bakı-2015” birinci Avropa Oyunları haqqında yazı dərc olunub.

Yazıda 6 mindən artıq atletin idmanın 20 növü üzrə mübarizə aparacağı Oyunlarda Belarusun 150 nəfərlik heyətlə təmsil olunacağı qeyd edilir. Bildirilib ki, bu ölkənin nümayəndə heyətinin ilk qrupu iyunun 10-da Bakıya gələcək və İdman Sarayında yolasalma mərasimi keçiriləcək.

Yazıda birinci Avropa Oyunlarının “Rio-2016” Yay Olimpiadasına hazırlıq baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

Xəbər 837 dəfə oxundu.