Cüdo birinciliyinin qalibləri diplom və medallarla mükafatlandırılıblar
Bərdə Olimpiya İdman Kompleksində birinci Avropa Oyunlarına həsr olunmuş yeniyetmələr və kiçik yeniyetmələr (kadetlər) arasında cüdo üzrə açıq Bərdə birinciliyi keçirilib.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 2 şəhər və 6 rayondan müxtəlif çəki dərəcəsində 120-yə yaxın idmançı iştirak edib.

Tədbirin açılışında çıxış edən gənclər və idman idarəsinin rəisi Anar Şahbazov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, birinci Avropa Oyunlarının önəmindən danışıb.

Gərgin mübarizə şəraitində keçən yarışda Sumqayıt şəhər komandası birinci, Gəncə şəhər komandası ikinci, Bərdə rayon komandası isə üçüncü yeri tutub.

Qalib idmançılar müxtəlif dərəcəli diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 822 dəfə oxundu.