Neftçi Donetsk Şaxtyoru ilə qarşılaşacaq
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" bu turnirin hazırlığına iyunun 17-də start verəcək. Əvvəlcə Bakıda hazırlaşacaq "ağ-qaralar" 9 gündən sonra Avstriyaya yollanacaq.

Komanda burada üç yoxlama oyunu keçirəcək. Həmin rəqiblərdən hələlik, biri məlumdur. Belə ki, "Neftçi" Avstriyada Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq. Bu oyun toplanışın sonuna təsadüf edəcək.

Xəbər 733 dəfə oxundu.