Avropa Oyunlarına dəstək aksiyası
Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN XİDMƏT" könüllüləri maraqlı aksiyaya əl atıblar - onlar iyunun 9-da velosiped yarışında mübarizə aparacaqlar.

Veloparkda keçiriləcək yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN XİDMƏT" mərkəzlərinin 40 könüllüsü iştirak edəcək. Tərkibində 2 oğlan və 2 qız velosipedçi olacaq komandalar estafet sistemi üzrə yarışacaqlar. Yarış saat 11:00-da başlanacaq.

Xəbər 708 dəfə oxundu.