Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək
İyunun 14-dən 21-dək AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Sabir Allahquliyev, Vüsal İsmayılov və Namiq İsgəndərov dəvət olunublar.

Xəbər 798 dəfə oxundu.