Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
Birinci Avropa Oyunlarının iyunun 12-də baş tutacaq açılış mərasimindən əvvəl estafet mərasiminin paytaxtda keçiriləcək beş günlük son mərhələsi üçün Bakı 2015-in alovu bu gün, iyunun 7-də təntənəli şəkildə Bakıya gətirilib.

Aprelin 26-da məşəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Atəşgah məbədində yandırıb. Avropanın 50 ölkəsinin Azərbaycan, həm də bütün qitə üçün tarixi hadisə olaraq, Bakı 2015 Avropa Oyunlarının alovu 750 000 tamaşaçını bir araya gətirərək ötən 6 həftə ərzində Azərbaycanı gəzib.

Bakı 2015-in alovu, bu axşam qayıqla «Sadko» pavilyonunun yerləşdiyi, uzunluğu 440 m, eni 22 m olan estakada-tərsanəsinə, neftçi Nahid Nuriyev tərəfindən Xəzər dənizində yerləşən Neft Daşlarından gətirildi. Prezident İlham Əliyev estafeti N.Nuriyevdən təhvil alaraq məşəli Dənizkənarı Milli Parkı - Bakı bulvarı ilə daşıdı. Xanəndə Arif Babayev məşəli Birinci Xanım Mehriban Əliyevaya ötürdü və daha sonra məşəlçilər İsfar Sarabski, İqbal Hacızadə və Firəngiz Əlizadə alovu Neftçilər prospekti ilə daşıdılar. Ardınca Azərbaycanın məşhur Qarabağ atlarının paradı keçirildi.

Daha sonra məşəl Ağ Şəhər istiqamətində ənənəvi yürüş formatı üzrə yoluna davam etdi. Bakının yüz ildən bəri Qara Şəhər adlanan ərazisində ucaldılan Ağ Şəhər müasir dünyanın ən böyük layihələrindən biridir. Ekoloji torpaq emalı edilmiş keçmiş sənaye sahəsində inşa edilən Ağ Şəhər 221 ha ərazini əhatə edəcək. Uzunluğu 2,7 kilometr, sahəsi 33 hektar olan Ağ Şəhər bulvarı məşəl estafetini salamladı.

Açılış mərasiminə qədər alovun gecələr saxlanılacağı məkana – Qız qalasına gətirilmədən əvvəl Bayraq meydanı və Bakı Kristal Zalına qədər məşəli Namiq Abdullayev, Zemfira Meftaheddinova və Ömər Eldarov daşıdılar. Ümumilikdə, şəhər boyunca məşəl 16 km yol məsafədə 100 məşəlçi tərəfindən daşındı.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları ƏməliyyatKomtəsinin baş icraçı direktoru cənab Azad Rəhimov bu münasibətlə dedi: “Alov səyahəti keçən altı həftə ərzində Azərbaycan ictimaiyyətinin məşəl estafeti barədə təsəvvürünü canlandırıb. Bu axşam keçirilən şənliklərdə digər bölgələrin sakinləri kimi, Bakı əhalisinin də böyük maraqla iştirak etdiyini görmək möhtəşəm duyuğular yaradır. Açılış mərasimi ərəfəsində bu səyahəti insanlar arasında ümid hissini gücləndirir, bu möhtəşəm şəhərin yeni nurlu şəfəqlə parlaması üçün fürsətdir və əminəm ki, növbəti dörd gün ərzində Bakının bütün füsünkarlığını bu mərasimlərdə bir daha əyani görəcəyik”.

Xəbər 3138 dəfə oxundu.