Rumıniya “Bakı-2015” Avropa Oyunlarında 147 atletlə təmsil olunacaq
Rumıniya iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarında 147 atletlə təmsil olunacaq.

Rumıniya Milli Olimpiya və İdman Komitəsinin məlumatına əsasən bu ölkə birinci Avropa Oyunlarında 20-dən artıq idman növündə çıxış edən 83-ü kişi, 64-ü qadın olmaqla, ümumilikdə 147 atletlə təmsil olunacaq.

Rumıniyanın birinci Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Aleksandru Epurandır.

Xəbər 829 dəfə oxundu.