Yuventus Dibalanı 32 milyona transfer etdiyini elan etdi
"Yuventus" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Klubun saytının yaydığı xəbərə görə, Turin təmsilçisi "Palermo"da oynayan Paulo Dibalanı transfer edib. Argentinalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer "Yuventus"a 32 milyon avroya başa gəlib.
Qeyd edək ki, Dibala bu mövsüm İtaliya A seriyasında oynadığı 34 matçda 13 qol vurub, 10 qolun ötürməsini verib.

Xəbər 784 dəfə oxundu.