“Qalatasaray” komandası futbol üzrə Türkiyə kubokunu 16-cı dəfə əldə edib | |
Futbol üzrə Türkiyə kuboku uğrunda keçirilən yarışın finalında “Bursaspor” komandasını 3:2 hesabı ilə məğlub edən “Qalatasaray” bu titula 16-cı dəfə nail olub. Oyunun 27-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Fernandao komandasını hesabda irəli çıxarıb – 0:1. İlk hissənin sona çatmasına 5 dəqiqə qalmış Burak Yılmaz hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə sürətlə başlayan “Qalatasaray” 48-ci dəqiqədə Burak Yılmazın dubl etməsi ilə hesabda önə çıxıb – 2:1. “Bursaspor” 58-ci dəqiqədə Volkan Şenin qolu ilə hesabı bərabərləşdirsə də, komandanın bu sevinci uzun sürməyib. Belə ki, 2 dəqiqə sonra oyunda het-trik edən Burak Yılmaz “Qalatasaray”a kuboku qazandıran topu rəqib qapısından keçirib – 3:2. |
|
Xəbər 759 dəfə oxundu. |
|
|