Muarem "Qarabağ"da sonuncu oyununu keçirdi
"Eskişehirspor" klubu qış fasiləsində də məni heyətinə qatmaq istəyirdi. Amma o zaman klublar arasında razılıq əldə olunmamışdı. Artıq "Qarabağ"la müqaviləm başa çatdı. Türkiyə klubu yenidən məni heyətində görmək istədi və razılaşdıq".
Bu sözləri "Qarabağ"ın komandadan ayrılan futbolçusu Muarem Muarem Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gəldikləri matçdan (3:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Makedoniyalı futbolçu "Qarabağ" üçün darıxacağını bildirib: "Müqavilənin müddəti hələlik məlum deyil. Bu barədə Türkiyəyə getdikdən sonra danışacağıq. "Qarabağ" üçün çox darıxacam. Bu komandada hər kəsə təşəkkürümü bildirirəm. Onlardan ayrılmaq çətin olacaq. Amma, nə etmək olar, bu, futboldur". Qeyd edək ki, Muarem 2012-ci ildən "Qarabağ"da çıxış edib.

Xəbər 751 dəfə oxundu.