Gəncədə ehtiyat stadion tikiləcək
Nəhayət ki, "Kəpəz"in stadion probleminə son qoyulub. Özü də bu dəfəki xəbər tan dəqiq və ən son xəbərdi. Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin şəhər stadionunu ziyarətindən sonra konkret qərar verilib.

Öncə hazırkı stadionun ərazisində yeni, 3500 tamaşaçı tutumuna malik stadion tikiləcək. Süni örtüklü stadion təxminən 3-4 aya tam hazır olacaq və bundan sonra "Kəpəz" ev oyunlarını həmin bu stadionda keçirəcək. Bunun ardından isə şəhərin mərkəzi stadionunda əsaslı təmir işlərinə start veriləcək. İlk olaraq qəzalı tribunalar söküləcək, onların yerində yeni tribunalar ucaldılacaq. Daha sonra isə digər mühüm işlər ardıcıllıqla görüləcək. Əsas stadionun isə gələn ildə hazır olacağı gözlənilir.

Xəbər 776 dəfə oxundu.