Vobay “Xəzər Lənkəran”dan qaçıb
“Xəzər Lənkəran”ın Antalya toplanışı davam edir. İdman.com.az xəbər verir ki, komandanın hazırlıqlarına yalnız iki futbolçu qatılmır. Bunlar yarımmüdafiəçi Julius Vobay və müdafiəçi Andrey Mureşandı. Rumıniyalı arxa xətt oyunçusunun hazırda Bakıda olduğu bildirilir. Lakin Vobayın hazırda harda olduğu və klubun düşərgəsində niyə qayıtmadığını “Xəzər Lənkəran”da da bilən yoxdu.

Xəbər 1055 dəfə oxundu.