Birinci Avropa Oyunlarında iştirak edəcək milli komandamızın heyəti məlum olub | |
Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə milli komandamızın heyəti məlum olub. Seçməmiz kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov bu dəfə fərqli çəki dərəcəsində - 81 kq-da çıxış edəcək. 91 kq çəki dərəcəsində isə Abdulqadir Abdullayev rinqə çıxacaq. Dünya çempionu Albert Səlimov milli komandamızın heyətində ilk cıddı sınağını məhz Avropa Oyunlarında verəcək. “Baku Fires” klubunun heyətində Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan boksçu 60 kq çəki dərəcəsində mübarizə aparacaq. Məşqçilər korpusu 56 kq-da “Böyük İpək Yolu” turnirində 1-ci olan gənc Tayfur Əliyevə şans verib. Komandamız hazırda Bakıda İrlandiya və Bolqarıstan boksçuları ilə birgə təlim-məşq toplanışı keçir. Qızların yarışında 5 boksçumuz çıxış edəcək. Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yelena Vıstropova, dünya çempionatının finalçısı Yana Alekseyeva əsas medal ümidlərimiz olacaq. Kişilərdən ibarət milli komandamız: 49 kq. Salman Əlizadə 52 kq. Elvin Məmişzadə 56 kq. Tayfur Əliyev 60 kq. Albert Səlimov 64 kq. Lorenzo Sotomayor 69 kq. Pərviz Bağırov 75 kq. Xaybulla Musalov 81 kq. Teymur Məmmədov 91 kq. Abdulqadir Abdulllayev +91. Məhəmmədrəsul Məcidov Qadınlardan ibarət seçmə komanda: 51 kq. Anaxanım Ağayeva 54 kq. Anna Əlimərdanova 60 kq. Yana Alekseyeva 64 kq. Yelena Vıstropova 75 kq. Zeynab Cavadlı |
|
Xəbər 798 dəfə oxundu. |
|
|