"M.Y." Yay Futbol Məktəbi: Nəzəri məşğələlər
"Mançester Yunayted" Yay Futbol Məktəbinin Bayıl stadionunda təşkil olunmuş təlim-məşq toplanışında məşqlərlə yanaşı nəzəri məşğələlər də keçirilir.

Bugünkü məşğələdə futbolçuların düzgün və sağlam qidalanması mövzusunda uşaqlara məlumat verilib.

Əvvəlki dərslərdə isə "Mançester Yunayted" klubunun keçmiş və hazırkı futbolçularının nümunəsində legionerlərin mühitə uyğunlaşması və bununla bağlı üzləşdikləri problemlər, habelə komandanın taktiki hazırlığı, toplanış çərçivısindəki yoldaşlıq oyunlarında taktiki gedişlərin tətbiqi barədə danışılıb.

Xəbər 727 dəfə oxundu.