"Prezident kuboku" turnirində yığmamızın oyunlarının təqvimi
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olacaq, 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku”turnirində iştirak edəcək.

"Prezident kuboku" turnirində yığmamızın oyunlarının təqvimi
Tbilisidəki toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
“Prezident kuboku” turnirində yığmamızın keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:

22 iyun
Belarus – Azərbaycan

23 iyun
Rusiya-2 – Azərbaycan

25 iyun
Gürcüstan – Azərbaycan

Xəbər 834 dəfə oxundu.