Sevilya Barselonanın futbolçusunu transfer etdi
Sevilyada icarə əsasında oynayan Barselonanın yarımmüdafiəçisi Denis Suares həmişəlik Andalusiya klubuna transfer edilib.

Bu barədə Sevilyanın prezidenti Xose Kastro məlumat verib.

«Artıq Suares Sevilyanın futbolçusudur. Barselonanın geri qaytarmaq istıədiyinin olub-olmadığını görəcəyik", - deyə Kastro qeyd edib.
Qeyd edək ki, Sevilya Suaresi 6 milyona transfer edib. Barselona 9 milyon ödəyərək onu geri qaytarmaq hüququna malikdir.

Xəbər 850 dəfə oxundu.