Baku 2015 Olimpiya Stadionunda sınaq tədbiri keçirir
Baku 2015 12 iyun tarixində başlayacaq Avropa Oyunlarından öncə hazırlıqların bir hissəsi kimi şənbə günü, 6 iyun tarixində Olimpiya Staionunda keçiriləcək sınaq tədbirinə ev sahibliyi edəcək.

İctimaiyyət üçün bağlı olacaq bu yarış axşam saat 08:00-da başlayacaq.

Olimpiya Stadionunun yaxınlığından maşınla keçmək istəyən şəxslərə bildirilir ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Həmçinin, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi bağlı olacaq.

Şəhər sakinlərindən avtobus və metro stansiyalarında həmin gün sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş olunur.

6 iyun və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur::

Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (www.mot.gov.az), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (www.dyp.gov.az) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (www.facebook.com/niim.gov.az) də daxil olmaqla, NİİM-in məlumat kanalları

Xəbər 1065 dəfə oxundu.