U-19 türkiyəli həmkarları ilə görüşəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq matçı təşkil ediləcək. İdman.com.az saytının məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Komandalar ardıcıl iki sınaq görüşü keçiriləcəklər. Belə ki, bu görüşlər fevralın 1-də və 3-də baş tutacaq. Qarşılaşmalar Türkiyənin Antalya şəhərində oynalınacaq.

Xəbər 1034 dəfə oxundu.