Fənərbağçanın yeni baş məşqçisi məlum oldu
Fənərbağça klubunun yeni baş məşqçisi müəyyənləşib. İstanbul təmsilçisinin yeni idman direktoru Guliano Terraneo bu posta Patrik Vieyranı gətirir. İdman direktoru Vieyra ilə İtaliyada görüşərək bütün məsələləri artıq həll edib.

Fransa yığmasının keçmiş üzvü 38 yaşındadır.Onun bu vaxta qədər baş məşqçilik təcrübəsi olmayıb. Patrik Vieyra Mançester Sitinin ehtiyat komandasında məşqçilik edib.

Xəbər 785 dəfə oxundu.