Qadın şahmatçılarımız Avropa Çempionatında beynəlxalq normaları yerinə yetirmişlər
Mayın 18-dən 31-nə qədər Gürcüstanin Batumi şəhərində (Çakvi) keçirilən Qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında Azerbaycanin bir sıra qadin şahmatçıları beynəlxalq normaları yerinə yetiriblər. Çempionatda iştirak edən təmsilçilərimizdən Xəyalə Abdulla sonuncu qrossmeyster balını toplayaraq qadınlar arasında beynəlxalq qrossmeyster normasını ödəmişdir. İndi FİDE-nin növbəti konqresində Xəyaləyə qrossmeyster adı təsdiq olunacaq. Xəyalə çempionatda öz əmsalını 37 bənd artıra bilmişdir.

Nərmin Məmmədova və Aydan Höccətova, iki gənc 16 yaşlı qızlarımız da ilk dəfə olaraq beynəlxalq usta normasının balını ödəyə bilmişlər.Maraqlıdır ki, belə mötəbər çempionatda Nərmin öz beynəlxalq əmsalını 86 bənd artıra bilmişdir.

Qeyd etmək lazımdır ki,indiyədək keçirilən qadınların Avropa çempionatında ilk dəfədir ki,eyni zamanda 3 şahmatçımız beynəlxalq normaları ödəyə bilmişlər.

Xəbər 881 dəfə oxundu.