“Zirvəçilər” milli komandanın heyətində dünya çempionatına yollanır
6-13 iyun 2015-ci il tarixlərində Polşanın Vrotslav şəhərində ağır atletika üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. Şəhərin “ORBITA Hall” İdman Kompleksində baş tutacaq turnirdə 50-yə yaxın ölkədən 282 atletin (123 qadın və 159 kişi) iştirakı gözlənilir.

Bu yarışda Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Polşaya 5 idmançı – 2 qadın və 3 kişi – yola düşəcək. Qeyd etmək lazımdır ki, bu 5 nəfərdən 4-ü “Zirvə” Beynəlxalq İdman Klubunun atletləridir.

Dünya çempionatında qadınların mübarizəsində 56 kq çəki dərəcəsində Əhmədova Ləman, 69 kq-da isə Abbasova Elnarə fəxri kürsüdə yer almaq üçün yarışacaq. Hər iki atlet “Zirvə” İK-in atletidir.

Kişilərdə 62 kq çəki dərəcəsində Allahyar Abışov, 77 kq-da Elşad Şərifov, +105 kq-da isə Azər Məmməfli ölkəmizin şərəfini qoruyacaqlar. Son iki idmançı “Zirvə” İK-nın atletləridir.

Qadınlardan ibarət yığmamıza “Zirvə” İK-nun baş məşqçisi Hafiz Süleymanov rəhbərlik edir.

Yarışda ölkəmizi hakim qismində “Zirvə İnternational Sport Clubs”ın direktoru Rizvan Rəsulov təmsil edəcəkdir.

Xəbər 791 dəfə oxundu.