"Sumqayıt"ın futbolçusu "Neftçi"yə keçir
Rauf Əliyev və Mirhüseyn Seyidovdan sonra daha bir futbolçu "Neftçi"ni tərk edəcək. Bu dəfə Rəhman Hacıyev "ağ-qara"larla yollarını ayıracaq.

Hazırda 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanan bir çox klub var. Ancaq onun yenidən "Sumqayıt"a qayıtma ehtimalı daha yüksəkdi. Ötən il bu klubda icarə əsasında çıxış edən gənc futbolçu cari mövsümün ilk hissəini Türkiyənin "Qaziantep BB" klubunda keçirmiş, qış transfer pəncərəsində "Bakı" ilə müqaviləni ləğv edərək "Neftçi"yə transfer olunmuşdu. Bu yay isə yenidən "Sumqayıt"a qayıdacağı gözlənilir.

Xəbər 709 dəfə oxundu.