Basketbol yığmamızda yeni oyunçu
Daha bir basketbolçunun Azərbaycan yığmasında oynaması ilə bağlı məsələ həll olunub. İdman.com.az saytı fanat.az-a istinadən xəbər verir ki, bu, uzun müddətdi danışıqlar aparılan Orxan Hacıyevdir.
21 yaşlı basketbolçu və atası ilə axşam saatlarında aparılan danışıqlar müsbət yekunlaşıb.

Məlumatı milli komandamızın meneceri Ləvənd Türknas da təsdiqləyib: “Bəli, Orxan Hacıyev Azərbaycan milli komandasında oynayacaq. Atası da gəlmişdi. Görüşdük, söhbətləşdik. Artıq heç bir problem qalmayıb. Hacıyev çox güclü basketbolçudu. İnşallah, Avropa çempionatının seçmə mərhələsində bizə çox köməyi dəyəcək”.

Xəbər 1343 dəfə oxundu.