Rauf Nağıyev veteranlar arasında Azərbaycan çempionu oldu
Mayın 21-də Respublika Şahmat Mərkəzində start götürən veteranlar arasında Azərbaycan Çempionatı başa çatıb. Ümumilikdə 32 veteran şahmatçının qüvvələrini sınadığı turnir isveçrə sistemi üzrə 9 turdan ibarət keçirilib. Yekunda,9 turdan sonra veteranlar arasında VIII Azərbaycan Çempionu müəyyən edilib. 9 oyundan aktivinə 8 xal yazan Rauf Nağıyev çempion adına layiq görülüb.6.5 xal toplayan Konstantin Kononenko isə 2-ci yerin sahibi olub.5 zəka sahibi – Əsəd Babayev,Həmzə İsmayılov,Ravis Babayev,Ələmdar Məmmədov və Əli Hüseynov hərəyə 6 xal toplayaraq 3-7-ci yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə çempionatın bürünc mükafatçısı Əsəd Babayev olub.

Qaliblərə Azərbaycan Şahmat Federasiyasının medalları və pul mükafatları təqdim olunub.

Xəbər 749 dəfə oxundu.