Futbol millimiz 1 pillə irəlilədi
FİFA 2012-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Hesabında 300 xal olan yığmamız 111-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 15-də açıqlanacaq.

Xəbər 1090 dəfə oxundu.