Yeniyetmə qızlar Ukraynada təlim-məşq toplanışına qatılacaq
Yeniyetmə qızlardan ibarət yığma komandamız təqvim planına uyğun, beynəlxalq yarışlara daha yaxşı hazırlıq məqsədi ilə yanvarın 22-də Ukraynanın Krivoy-Roq şəhərinə yola düşəcək. İdiman.com.az saytının məlumatına görə, millimiz orada fevralın 2-nədək qalacaq. Böyük məşqçisi Rövşən Süleymanov və çalışdırıcı Mətanət Süleymanovanın rəhbərliyi ilə məşqlərdə 10 güləşçi yer alacaq. Təlim-məşq toplanışı başa çatdıqdan sonra, yığma komandamızın üzvləri 3-5 fevralda keçiriləcək açıq respublika turnirində qüvvələrini sınayacaqlar.

1.Ələkbərova Sahilə (40 kq)
2.Nəsirova Türkan (43 kq)
3.Əliyeva Arzu (46 kq)
4.Məmmədova Ayan (49 kq)
5.İsmayilova Almaz (52 kq)
6.Qurbanzadə Ragnetta (65 kq)
7.Pavliv Hanna (44 kq)
8.Yarmalyuk Katerina (52 kq)
9.Kolesnik Alyona (56 kq)
10.Korin Darya (70 kq)

Xəbər 1116 dəfə oxundu.